Payız Ab-havalı Desert: Balqabaq Formalı Trüfellər

payız ab havalı desert balqabaq formalı trufeller
Yields: 1 Serving

Balqabaq formalı trüfel çox gözəl payız motivli və Halloween party-sinə uyğun desertdir. Evdar.az payız ab-havalı balqabaq formalı trüfəllərin reseptini təqdim edir.

Payız Ab-havalı Desert

Balqabaq Formalı Trüfellərin tərkibi:

  • 1 xörək qaşığı duzsuz kərə yağı
  • 110 qr krem pendir
  • 1/2 stəkan balqabaq püresi (resepti aşağıda️)
  • 1 banka qatılşadırılmış süd
  • 2 çay qaşığı balqabaqlı piroq ədviyyatı (resepti aşağıda)
  • 1/2 stəkan qaşığı şirin kreker qırıntısı
  • 1/2 stəkan ağ şokolad qırınıtıları
  • narıncı qida boyası
  • şəkər tozu
  • damla şokolad

Balqabaq Formalı Trüfellərin hazırlanma qaydası:

Orta ölçülü bir qazanda yumşaldılmış kərə yağı, krem ​​pendir, balqabaq püresi, qatılaşdırılmış süd və balqabaq ədviyyatını töküb qarışdırın. Qazanı ocaqğa qoyub orta odda qatılaşana qədər qarışdıraraq bişirin. Qatılaşan kütləyə ağ şokolad və kreker qırıntılarını əlavə edib şokolad əriyənə qədər qarışdırın. Balqabaq rəngini alması üçün istədiyiniz rəngə qədər qida boyası əlavə edin. Balqabaq qarışığı qatılaşdıqdan sonra ocaqdan götürün. Yağlanmış soba sinisinə kütləni töküb yayın.  Ən azı 2 saat və bir ya bir gecə bərkiyənə qədər soyuducuda saxlayın. Soyuduqdan sonra əllərinizi kərə yağı ilə yağlayın, sonra qarışıqdan götürüb kiçik toplar yuvarlayın. Dayaz bir qabı şəkər tozuyla doldurun və kiçik topları şəkər tozuna hərətəfli bulayın. Təmiz diş çubuğundan istifadə edərək, truffle üzərində balqabağın izlərini düzəldin ki, balqabağa bənzəsin. Balqabaq formasının orta hissəsinə damla şokolad batırın. Bu formada kütlə bitənə qdərə kiçik balqabalar hazırlayın. 
Balqabaq püresini hazırlamaq üçün balqabağı yarıya bölün və tumlarını çıxarın. Kəsilmiş tərəfi yuxarıya gələcək şəkildə soba sinisinə yerləşdirin və 200 dərəcə qızdırılmış sobada yumşalana qədər bişirin. Sonra balqabaq lətini qaşıqla qabığından ayırıb bir qaba tökün. Blenderlə balqabaq lətini püre halına salın və lazım olduqda tel süzgəcdən keçirin.

Balqabaqlı piroq ədviyyatının tərkibi:

  • 1/2 çay qaşığı üyüdülmüş zəncəfil
  • 1 çay qaşığı mixək dənələri
  • 1 kiçik muskat qozu
  • 6 çay qaşığı darçın tozu
  • 2 çay qaşığı hil

Hazırlanma qaydası:

Qəhvəüyüdənə mixək dənələri, hil və muskat qozunu töküb toz halına gələnə qədər üyüdün. Bir qabda üyütdüyünüz ədviyyatların üzərinə zəncəfil tozu və darçın tozunu əlavə edib qarışdırın. Hava keçirməyən konteynerə töküb qaranlıq yerdə saxlayın. Bu ədviyyat qarışığını pankeyk, keks, balqabaqlı piroq, balqabaq lattesi və s. üçün istifadə edə bilərsiniz.

Ən dadlı desert resepti Ən Dadlı Kulinariya Saytında!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir