Qış süfrələrinin əvəzolunmazı olan pomidor turşusu hər yeməyin yanına yaraşır. Evinizdə çox vaxt sərf etmədən pomidor turşusunu hazırlaya bilərsiniz. Evdar.az-ın təqdim etdiyi reseptlə pomidor turşusunu hazırlayıb süfrələrinizdən əkdik etməyin.
Pomidor Turşusunun tərkibi:
- 5 kq pomidor
- 2 baş sarımsaq
- bir ovuc çili bibəri
- 1 litr sirkə
- 2 litr su
- 1 stəkan qaya duzu
- 1 çay qaşığı limon duzu
Pomidor Turşusunun Hazırlanma Qaydası:
İlk öncə pomidorları yaxşıca yuduqdan sonra çəngəl köməyiylə bir neçə yerindən deşin. Bankalara pomidorları yerləşdirin. Daha sonra sarımsaqları soyun və acı bibərlərin acısının çıxması üçün uc hissəsindən kəsin. Bibərləri və sarımsaqları pomidorun üzərinə əlavə edin. Bir qabda sirkə, qaya duzu və limon duzunu qarışdıraraq əridin. Qarışığı pomidorların üzərinə tökün və qalan hissəsini su ilə doldurun. Turşu bankalarının qapağını möhkəm bağlayın və 3-4 həftə sonra turşunuz hazır olacaq.
Qeyd:
- Pomidor turşusunun ləzzətli olması üçün pomidorları çəngəl köməyi ilə bir neçə yerindən mütləq deşin.
- İstifadə etdiyiniz duz qalın duz olmalıdır. Əgər narın duz istifadə etsəniz turşu çox tez əriyəcək.
- Turşunun qapağını açmadan 3-4 həftə saxlamalısınız. Saxlayacağınız yer sərin və quru olmalıdır.
Nuş Olsun!
Bax bu işimə çox yarayacaq