Portağallı Qırmızı Kələm Salatı

Yields: 1 Serving

Portağal dilimləri və qırmızı kələm ilə çox asan, dadlı və fərqli salat hazırlaya bilərsiniz. Evdar.az dadlı salatın reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd kiçik ölçüdə qırmızı ( bənövşəyi) kələm
  • duz , şəkər tozu
  • 3 ədəd portağal
  • 1 stəkan üzüm qurusu
  • istəyə görə qoz və ya günəbaxan ləpəsi

Sousu üçün:

  • 3 ədəd portağalın qalan hissəsi
  • duz
  • zeytun yağı
  • alma sirkəsi
  • zövqə görə dənəvər xardal

Hazırlanma qaydası:

İlk öncə bənövşəyi kələmi nazik doğrayın. Bir qabda doğranmış kələmin üzərinə duz və şəkər tozu səpib əllə ovuşdurun. Üzüm qurusunu qaynar suda isladın. Portağalın qabığını soyub nazik dilimləyin.

Sousu hazırlamaq üçün blenderin qabına portağalın qalan hissəsini, bir az duz, zeytun yağı, alma sirkəsi, istəyə görə dənəvər xardal əlavə edib blenderlə yaxşıca qarışdırın. Servis edəcəyiniz qaba ovulmuş kələm, suyu süzülmüş üzüm qurusu, qoz və ya günəbaxan ləpəsi və portağal dilimlərini əlavə edib qarışdırın. Üzərinə sousu da gəzdirib yaxşıca qarışdırın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir