Protein və omeqa-3 yağ turşuları ilə zəngin olan tuna balığından çox ləziz salat hazırlaya bilərsiniz. Tuna balığı yüksək keyfiyyətli bir protein mənbəyidir, əzələlərin böyüməsinə və bərpasına kömək edir. Mayonez və yumurta da oxşar xüsusiyyətlərə malikdir. Buna görə də,bu salatı hazırlayaraq sağlam menyunuza daxil edə bilərsiniz. Evdar.az proteinlə zəngin balıqlı yuxa salatının reseptini təqdim edir.
Proteinlə Zəngin Balıqlı Yuxa Salatının tərkibi:
- 5-6 ədəd dairəvi lavaş (yuxa)
- 2 banka konservləşdirilmiş tuna balığı
- 150 qr mayonez
- 3 ədəd yumurta
- 200 qr Holland pendiri
- 2-3 diş sarımsaq
- şüyüd
Balıqlı Yuxa Salatının hazırlanma qaydası:
İlk olaraq yumurtanı suda qaynadın. Bişmiş və soyumuş yumurtaları sürtgəcdən keçirin. Holland pendirini də sürtgəcin xırda gözündən keçirin. Sarımsaqəzəndən keçirilmiş sarımsağı mayonezlə qarışdırın. Salatı hazırlayacağınız boşqaba ilk öncə lavaşın bir ədədini yerləşdirib üzərinə sarımsaqlı mayonez yaxın. Daha sonra sürtgəcdən keçirilmiş pendir səpin. İkinci lavaşı da yerləşdirib üzərinə sarımsaqlı mayonez yaxıb sürtgəcdən keçirilmiş yumurtanı səpib yayın. Konservləşdirilmiş tuna balığını çəngəllə əzib salatın üzərinə yayın. Bu qaydada qatları inqrediyentlər bitənə qədər təkrarlayın. Ən son qata rəndələnmiş pendiri səpib şüyüdlə bəzəyin. Balıqlı yuxa salatını yaxşıca hopması üçün ən az 2 saatlıq soyuducuya yerləşdirin.
Ən dadlı salat reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
