Qarabaşaq Unundan Ləziz Peçenye

Yields: 1 Serving

Qarabaşaq unu min illərdir istifadə olunur və tərkibindəki çoxlu sayda mikroelementlər və vitaminlərə görə bir çox ölkələrdə kifayət qədər məşhurdur. Pəhriz məhsulu hesab olunan qarabaşaq unu şirin, dadlı xəmir hazırlamaq üçün istifadə olunur. Bundan əlavə desertlər, souslar və  digər reseptlərdə qatılaşdırıcı kimi istifadə edilir. Faydalı qarabaşaq unundan bir fincan qəhvə, çay və ya südlə içə biləcəyiniz yüngül, zərif və xırçıltılı peçenye hazırlaya bilərsiniz. Evdar.az qarabaşaq unundan hazırlanan ləziz peçenyenin reseptini təqdim edir.

Qarabaşaq Unundan Ləziz Peçenyenin tərkibi:

  • 120 qr tam buğda unu
  • 100 qr qarabaşaq unu
  • 100 qr kərə yağı
  • 100 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • yarım çay qaşığı soda
  • 1 çimdik duz
  • 150 qr badam ləpəsi
  • 30-50 qr şokolad

Qarabaşaq Unundan Ləziz Peçenyenin hazırlanma qaydası:

Dərin bir qabda buğda unu, qarabaşaq unu, duz və sodanı qarışdırın. Doğranmış badam ləpəsi və şokoladı un qarışığına əlavə edin. Kiçik bir qazanda kərə yağını əridin. Qazana şəkər tozunu da əlavə edib əriyənə qədər ən az odda qarışdıraraq isidin. Şəkər tozu əriyəndən sonra yumurtanı əlavə edib tez qarışdırın ki, bişməsin. Qarışığı ocaqdan götürüb un qarışığına əlavə edib xəmir yoğurun. Yumşaq və elastik xəmiri streç salafana büküb 20 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmir bir az soyuduqda, hissələrə bölün və ya ondan təxminən eyni kündələr hazırlayıb top formaları yuvarlayın. Yağlı kağız sərilmiş soba sinisinə 3-5 sm aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12-15 dəqiqə bişirin. Bişdikdə peçenyenin üzəri bir az çatlayır, üstü əvvəlcə bir az quru görünə bilər, amma soyuduqda içi yumşaq və ətirli olur.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir