Qarpız və Pendirli Mükəmməl Yay Salatı

Qarpız və Pendirli Mukemmel Yay Salatı1
Yields: 1 Serving

İsti havalarda yüngül, təravətləndirici və doyurucu resept axtarırsınızsa, qarpız salatı mükəmməl seçimdir! Yayın əvəzolunmaz giləmeyvəsi olan qarpızı ən yaxşı tərəvəzlərlə birləşdirib sağlam və dadlı salat hazırlaya bilərsiniz. Evdar.az yayın istisini unutduracaq və sizi tox tutacaq qarpız salatının reseptini təqdim edir.

Qarpız və Pendirli Mükəmməl Yay Salatının tərkibi:

  • 2 ədəd xiyar
  • 1/2 ədəd qırmızı soğan
  • 1 ədəd yaşıl acı bibər (zövqə görə)
  • 1 kasa qarpız
  • 100 qr ağ pendir
  • 1 çimdik duz, istiot
  • 1 ovuc təzə nanə yarpaqları
  • 3 xörək qaşığı şaftalı sirkəsi
  • 5 xörək qaşığı zeytun yağı

Qarpız və Pendirli Mükəmməl Yay Salatının hazırlanma qaydası:

Salatı hazırlamaq üçün xiyarları uzununa kəsib tum hissəsini qaşıqla götürün. Daha sonra xiyarları nazik dilimləyin. Qarpızı kub formasında doğrayıb tumlarını ayırın. Soğanı yarımhalqa formasında doğrayın. Zövqə görə acı bibəri də nazik dilimləyin. Salatı servis edəcəyiniz qaba doğranmış qarpız, xiyar, bibər, pendir, nanə yarpaqları duz, istiot, şaftalı sirkəsi və zeytun yağı əlavə edib qarışdırın. Hazır salatı gözlətmədən süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir