Qat-Qat Qabaran, Xırçıldayan Kruasan

Yields: 1 Serving

Dadına doyum olmayan ləzzətlərdən biri də Fransız mətbəxinin kruasanıdır. Səhər yeməyi süfrəsində çayın yanına qat-qat qabaran, xırçıldayan dadlı kruasanı özünüz ev şəraitində hazırlayın. Evdar.az bütün qatları tək-tək sayılan, xırçıldayan dadlı kruasan reseptini təqdim edir.

Tərkibi:

  • 2 stəkan iliq süd
  • 1 stəkan duru yağ
  • 5 xörək qaşığı şəkər tozu
  • yarım çay qaşığı duz
  • 2 ədəd yumurta (birinin sarısını üzəri üçün ayırın)
  • 10 qr maya(1 xörək qaşığı)
  • apardığı qədər un

Yağlamaq üçün:

  • 125 qr kərə yağı

İçlik üçün bunlardan hər hansı biri ola bilər

  • şokolad yagi
  • plitka şokolad
  • damla şokalad
  • cem

Hazırlanma qaydası:

Bir qabda ilıq süd, duru yağ, şəkər tozu, duz, yumurta, maya və apardığı qədər unu qarışdırıb yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri 1 saatlıq kənara qoyun. Mayalanan xəmiri 20 ədəd kündələrə bölüb boşqab böyüklüyündə açın (xəmiri açdıqda un əvəzinə nişasta ilə açın). 10 ədəd yuxaların hər qatını yumşaldılmış kərə yağı ilə bolluca yağlayıb üst-üstə yığın. Üst-üstə yığılan xəmirlərin üzərini streç salafanla örtüb yarım saatlıq soyuducuda saxlayın. Dincələn xəmiri soyuducudan götürüb yenidən oxlovla açın. Açdığınız xəmiri 18 hissələrə kəsin. İçlik qoyub bükün və soba sinisinə düzün. Üzərlərini örtüb 15 dəqiqə kənarda saxlayın. Kruasanların üzərinə yumurta sarısı yaxıb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri nar kimi qızarana qədər bişirin. Bu reseptlə 36 ədəd kruasan hazılaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir