Qaynadılmış Yumurtadan Super Dadlı Şokoladlı Pudinq

qaynadilmis yumurtadan super dadli sokoladli pudinq1
Yields: 1 Serving
Xüsusulə idmanla məşğul olanlar üçün sağlam qidalanma vərdişlərində yumurta istehlakı zəruridir. Yüksək keyfiyyətli zülalın ən yaxşı mənbələrindən biri olan yumurta əzələ böyüməsi və bərpası üçün vacibdir. Ancaq hər gün qaynadılmış yumurtanı yemək bir müddət sonra darıxdırıcı ola bilər. Bəzi insanlar hətta yumurtanın dadını və ya qoxusunu bəyənməyə bilərlər. Cəmi bir neçə dəqiqəyə inanılmaz dərəcədə asan və faydalı, yumurta qoxusu və dadı olmayan şokoladlı pudinq hazırlaya bilərsiniz. 
Qaynadılmış yumurtadan pudinq sosial mediada milyonlarla baxış qazanan və minlərlə insan tərəfindən sınaqdan keçirilmiş və təsdiqlənmiş bir reseptdir. Viral olmuş bu pudinq idmançılar, protein qəbulunu artırmaq istəyənlər və pəhriz saxlayanlar üçün ideal seçimdir. Günün istənilən vaxtında hazırlanan bu ləzzətli və doyurucu pudinq məşqdən sonra əzələ bərpasını və enerji ehtiyacını ödəmək üçün əla bir yoldur. 
Evdar.az qaynadılmış yumurtadan hazırlanan şokoladlı pudinqin reseptini təqdim edir.

Qaynadılmış Yumurtadan Super Dadlı Şokoladlı Pudinq

Şokoladlı Pudinqin tərkibi:

  • 1 xörək qaşığı kakao tozu
  • 4 ədəd qaynadılmış bərk yumurta
  • 2 stəkan süd
  • 2 xörək qaşığı bal (və ya dadlandırıcı)
  • 1 çay qaşığı vanil ekstraktı

Şokoladlı Pudinqin hazırlanma qaydası:

İlk öncə 4 ədəd yumurtanı suda qaynadın. Bərk halda bişmiş və soyumuş yumurtaların qabığını soyub sarısını ağından ayırın. Bu resept üçün yalnız yumurta sarısından istifadə edilir. Blenderin qabına bişmiş yumurta sarısı, 2 stəkan süd, 2 xörək qaşığı bal (və ya dadlandırıcı), 1 çay qaşığı vanil ekstraktı və 1 xörək qaşığı kakao tozunu əlavə edin. Blenderlə eynikütləli olana qədər yaxşıca qarışdırın. Qarışığı bir qazana töküb daim qarışdıraraq vam odda bişirin. Qatılaşıb pudinqə bənzər bir konsistensiyaya çatdıqdan sonra ocağı söndürün. Pudinqi qablara bölüşdürün. Qablarda olan pudinqi otaq temperaturuna qədər soyudutqdan sonra ən azı 1 saat soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl üzərini darçın və ya sürtgəcdən keçirilmiş şokoladla bəzəyə bilərsiniz.

Qaynadılmış yumurtalı pudinqin bir porsiyası təxminən 150-180 kalori ehtiva edir. Bu miqdar istifadə olunan inqrediyentlərdən (dadlandırıcının növü, süd miqdarı) asılı olaraq dəyişə bilər. 

İdmançılar üçün Qaynadılmış Yumurta Pudinqinin Faydaları

qaynadilmis yumurtadan super dadli sokoladli pudinq

Düzgün qidalanma idmançıların performansını artırmağın və əzələ bərpasını dəstəkləməyin ən vacib elementlərindən biridir. Yüksək protein , aşağı karbohidrat tərkibi və asan hazırlanması ilə qaynadılmış yumurta pudinqi bu ehtiyacı ödəyən ideal bir desertdir. İdmançılar üçün bu enerjiverici və ləzzətli reseptin əsas faydaları aşağıdakılardır:

Əzələlərin bərpasını dəstəkləyir: Yumurta sarısındakı yüksək protein tərkibi gərgin məşqlərdən sonra əzələlərin sürətli bərpasını təmin edir.

Sürətli Enerji Mənbəyi: Süd və bal kimi maddələr məşqdən sonrakı enerji səviyyələrini tez bir zamanda artırır.

Aşağı Karbohidratlı Alternativ: Bu desert karbohidrat qəbulunu məhdudlaşdırmaq istəyən və pəhriz planlarını pozmayan idmançılar üçün uyğundur.

Qidalı və Doyurucu: Yüksək protein tərkibi onları daha uzun müddət tox saxlamağa kömək edir və lazımsız qəlyanaltıların qarşısını alır.

Rahat və Hazırlanması Asan: Tez hazırlanması idmançıların məşğul cədvəllərinə uyğunlaşmağı asanlaşdırır.

Bu xüsusiyyətləri ilə qaynadılmış yumurta pudinqi idmançıların qidalanma rejiminə sağlam və ləzzətli bir əlavədir.

Ən dadlı desert reseptləri Ən Dadlı Kulinariya Saytında!

Nuş OLsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir