Qazanda Lülə Kabab

Yields: 1 Serving

Lülə kababı, şərq mətbəxində kifayət qədər tanınan bir yeməkdir. Ümumiyyətlə manqalda və ya sobada bişən lülə kababı qazanda da bişirmək olar. Tez və asanlıqla hazırlanır və nəticədə ən əziz qonaqlara asanlıqla təqdim edilə bilən gözəl və dadlı bir yeməkdir. Evdar.az qazanda lülə kababın reseptini təqdim edir.

Tərkibi:

  • 500 qr qiymə
  • 2 dilim ağ çörək
  • 300 ml su
  • 1 ədəd yumurta
  • 200 qr soğan
  • 4 diş sarımsaq
  • 600 qr kartof
  • zövqə görə duz, istiot, zirə və keşniş toxumu
  • 100 ml su
  • 100 ml bitki yağı

Hazırlanma qaydası:

İlk öncə çörək dilimlərini 5 dəqiqə suda isladın. Dərin bir qabda qiymə, çox xırda doğranmış və ya rəndədən keçirilmiş soğan və sarımsaq, yumurta və ədviyyatları əlavə edib qarışdırın. Üzərinə isladılmış çörək dilimlərini(suyu süzülmüş) də əlavə edin döyərək, yoğuraraq qarışdırın. Hazır farşdan 50-60 qr-lıq götürüb taxta çubuqlara çəkin. Lülə kababları 15-20 dəqiqəlik soyuducuda saxlayın. Dərin bir qazanda və ya tavaya bitki yağı töküb qızdırın. Lülə kababları yağda qızardın. Artıq yağı çəkməsi üçün bişmiş kababları mətbəx salfetinin üzərinə qoyun. Kartofları soyub doğrayın və kababı bişirdiyiniz qazanda qızardın. Bişən kartofların üzərinə duz və zirə səpib qarışdırın. Bişmiş kartofları qazanın alt hissəsinə düzün. Üzərinə kababları da düzüb 100 ml su əlavə edib. Qazanın qapağını örtüb zəif ocaqda 30 dəqiqə bişirin. Lülə kabab hazırdır. Kababı boşqaba çəkdikdə ilk öncə kartofları düzüb üzərindən lülə kababları. Süfrəyə verdikdə üzərinə doğranmış keşniş və soğan səpə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir