Ləzzətli, inanılmaz dərəcədə faydalı salat. Bu salat immuniteti artırır, tərkibində çoxlu faydalı maddələr, mikroelementlər və vitaminlər var. Xüsusilə qış aylarında immunitetimizi gücləndirmək və sağlamlağımızı qorumaq üçün vitaminlərə ehtiyacımız var. Evdar.az Vitamin Bombası Salatının reseptini təqdim edir.
Qış Mövsümünün Ləziz və Faydalı “Vitamin Bombası Salatı”nın tərkibi:
- 1/2 orta ölçülü ağ kələm
- 1/2 orta ölçülü qırmızı (bənövşəyi) kələm
- 1 ədəd yerkökü
- 1 ədəd çuğundur
- 1 dəstə cəfəri və şüyüd
Sousu üçün:
- 50 ml zeytun yağı
- 2 xörək qaşığı alma sirkəsi
- 2 xörək qaşığı limon suyu
- 1 çay qaşığı xardal
- 1 xörək qaşığı topinambur (yer armudu) şərbəti və ya bal
- duz, çimdik çili bibəri tozu
- 1-2 diş sarımsaq
- 1-2 xörək qaşığı küncüt dənəsi
Qış Mövsümünün Ləziz və Faydalı “Vitamin Bombası Salatı”nın hazırlanma qaydası:
Kələmi, yerkökünü və çuğunduru sürtgəcdən keçirin. Göyərtiləri də xırda doğrayın. Sousu hazırlamaq üçün bir qabda zeytun yağı, alma sirkəsi, limon suyu, xardal, şərbət və ya bal, sarımsaqəzəndən keçirilmiş sarımsaq, duz və çili bibəri tozunu əlavə edib qarışdırın. Dərin bir qaba sürtgəcdən keçirilmiş kələm, yerkökü, çuğundur və sousu əlavə edib yaxşıca qarışdırın. Süfrəyə verməzdən əvvəl üzərinə küncüt səpin.
Nuş Olsun!