Güclü antioksidant olan kələm bağırsaq sağlamlığını qorumaq, göz sağlamlığına qarşı immuniteti gücləndirmək kimi bir çox faydası olan tərəvəzdir. Hazırda mövsümündə olan kələmləri daha uzun müddət istehlak etmək üçün turşuya salmaq istəyirsinizsə, bu görünüşü fərqli və ləziz resepti sınaya bilərsiniz. Həm də bağırsağınız üçün güclü bir probiotik mənbəyi yaradırsınız. Evdar.az ləziz bükmə kələm turşusunun reseptini təqdim edir.
Qış Yeməklərinin Yanında Süfrəyə Verilən Ləziz Kələm Dolması Turşusu
- 1 ədəd (2 kq-lıq) turşuluq kələm
- dəfnə yarpağı
- sirkə
Marinadı üçün:
- 3 litr su
- 4 xörək qaşığı turşu duzu
İçlik üçün:
- 1 ədəd böyük çuğundur
- 3 ədəd yerkökü
- 4 ədəd yaşıl bibər
- 4 ədəd qırmızı bibər
- 6-7 diş sarımsaq
- 1 ədəd və ya yarısı acı bibər
Qış Yeməklərinin Yanında Süfrəyə Verilən Ləziz Kələm Dolması Turşusunun hazırlanma qaydası:
İçliyi hazırlamaq üçün çuğunduru və yerkökünü sürtgəcdən keçirib böyük bir qaba tökün. Üzərinə kub formasında doğranmış yaşıl bibər və qırmızı bibər əlavə edin. Üzərinə xırda doğranmış sarımsaq, cəfəri və acı bibər də əlavə edib qarışdırın. Bu qarışığa 1 çay qaşığı duz da əlavə edib qarışdırın. Turşuluq kələmi qaynayan duzlu suda çox az,büküləcək qədər yumşalana qədər bişirin. Bu qaydayla kələm yarpaqlarını hazırlayın. Daha sonra qaynadılmış kələm yarpaqlarına içlikdən doldurub dolma kimi bükün. Hər balonun alt hissəsinə 2-3 ədəd dəfnə yarpağı düzüb bükülmüş kələmləri səliqə ilə balona yığın. Dolmalarla dolan balona 1 stəkan (hər balona) sirkə və su, duz marinadını əlavə edib doldurun. Hazırladığınız turşu suyu balona çatmasa yenidən hazırlayıb üzərinə əlavə edə bilərsiniz. Balonun qapağını bağlayıb sərin yerdə saxlayın.10 gün sonra turşusunu süfrəyə verə bilərsiniz.
Nuş Olsun!