Ət yeməklərinin yanında süfrəyə verilən kələm və pomidor turşusunu birlikdə hazırlamaq həm dadına ləzzət qatır, həm də görünüşü gözə xoş gəlir. Evdar.az qışın sevilən ikilisi olan kələmli pomidor turşusunun reseptini təqdim edir.
Qışın Sevilən İkilisi Bir Balonda
Kələmli Pomidor Turşusunun tərkibi:
3 lirtlik 1 ədəd balon üçün:
- 1,5 xörək qaşığı duz
- 3 xörək qaşığı şəkər tozu
- 2 xörək qaşığı 9%-lik uksus
2 litrlik 1 ədəd banka üçün:
- 1 xörək qaşığı duz
- 2 xörək qaşığı şəkər tozu
- 1,5 xörək qaşığı uksus
1 litrlik 1 ədəd banka üçün:
- 1/2 xörək qaşığı duz
- 1 xörək qaşığı şəkər tozu
- 1 xörək qaşığı uksus
3 litrlik 3 ədəd balon üçün:
- 2-2,5 kq kələm
- 2 ədəd yerkökü
- 1,5-2 kq pomidor
- 4-4,5 litr su
- cəfəri, şüyüd
- sarımsaq
- dəfnə yarpağı
- dənə istiot
Kələmli Pomidor Turşusunun hazırlanma qaydası:
3 litrlik 3 ədəd balon üçün 2-2,5 kq kələmi kələm doğrayanla və ya bıçaqla nazik doğrayın. 2 ədəd yerkökünü də sürtgəcin iri gözündən keçirin. Dərin bir qabda doğranmış kələm və rəndələnmiş yerkökünü qarışdırın. Pomidorları yuyun. Balonları strelizə edin. Cəfərini yuyub suyunu süzün, sarımsaqları təmizləyin. Hər balona 3-4 budaq cəfəri və şüyüd yerləşdirin. Üzərinə hər balona 3 diş sarımsaq, 1-2 ədəd dəfnə yarpağı və qaşığın ucunda dənə istiot tökün. Balonlara qatlarla doğranmış kələm və pomidorları dolana qədər düzün. Qaynayan suyu hər balona doldurub qapağını örtün. Üzərini qalın adyalla örtüb 20 dəqiqə saxlayın. Dərin bir qazana balonlara doldurduğunuz suyu süzün. Suya 4,5 xörək qaşığı duz, 9 xörək qaşığı şəkər tozu və 6 xörək qaşığı 9%-lik uksus (3 ədəd 3 litrlik balon üçün ölçü) töküb qarışdırın. Qazanı ocağa qoyub marinadı qaynadın. Qaynayan marinadı balonlara töküb qapağını möhkəm bağlayın. Qapağı bağlanmış balonları tərs çevirib üstünü örtün. Hazırladığınız pomidorlu kələm turşusunu 3-4 həftə sonra açıb ləziz yeməklərin yanında süfrəyə verə bilərsiniz.
- Kələm həm dadlı, həm də faydalı tərəvəzdir. Kələmdən hazırlanan turşu isə uzun müddətli marinad zamanı fermentasiya prosesi sayəsində təbii probiotiklərlə zənginləşir. Bu “sağlam” bakteriyalar balanslı bağırsaq florasının qorunmasına, həzmi yaxşılaşdırmağa və immunitet sistemini gücləndirməyə kömək edir. Bundan əlavə, fermentasiya kələmin lif tərkibini qoruyaraq daha asan həzm olunmasını təmin edir ki, bu da bağırsaq funksiyasının normallaşdırılmasında və qəbizliyin qarşısının alınmasında əsas rol oynayır.
- Bəzi tədqiqatlar göstərir ki, turşu kələmindəki probiotiklər qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edə bilər ki, bu da xüsusilə diabet xəstələri üçün vacibdir. Bütün faydalarına baxmayaraq, turşular orta dərəcədə istehlak edilməlidir. Yüksək duz tərkibi yüksək təzyiqə, şişkinliyə, böyrək zədələnməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Ən dadlı turşu reseptləri Ən Dadlı Kulinariya Saytında!
- Nuş Olsun!
