Həm ev xanımlarının, həm də işləyən xanımların üstünlük verdikləri qozlu badımcan salatı, badımcanın közlənməsiylə ortaya çıxan ecazkar bir ləzzətdir. Evdar.az olduqca asan hazırlanan qozlu badımcan salatının reseptini təqdim edir:
Qozlu Badımcan Salatın tərkibi:
- 2 ədəd iri badımcan
- 2 ədəd acı bibər
- 1 ədəd yaşıl bibər
- 2 diş sarımsaq
- 1 ədəd limon
- 3/4 stəkan döyülmüş qoz ləpəsi
- 150 qr qatıq
- zeytun yağı
- duz, qırmızı toz istiot
Qozlu Badımcan Salatın hazırlanma qaydası:
İlk öncə badımcan və bibərləri ocaqda və ya sobada közləyin. Soyulmış badımcanları qaralmaması üçün yarım limon sıxdığınız suya qoyun. Daha sonra badımcan və bibəri çox xırda doğrayıb yarım stəkan döyülmüş qoz ləpəsi ilə qarışdırın. Üzərinə bir qəhvə fincanı zeytun yağı və qatığı qarışdıraraq yavaş-yavaş əlavə edin. Sarımsağı duzla əzin, yarım limon suyu ilə qarışdırandan sonra qarışığa əlavə edin. Badımcan salatını boşqaba tökün. Bir tavada bir qədər zeytun yağını qızdırıb qalan qozları bu yağda qovurun. Ocaqdan götürməzdən əvvəl içərisinə 2 çay qaşığı toz qırmızı istiot əlavə edin. Ocaqdan götürdüyünüz qozlu yağı salatın üstünə gəzdirin. Gözlətmədən süfrəyə verin..
Nuş Olsun!