Xamralı-qədim Azərbaycan çörək növlərindən biridir. Qədim zamanlarda karvana çıxan türk ordu əsgərləri xamralı çörəyini azuqə kimi götürərlərmiş. Tez bayatlamadığından uzun yol üçün hazırlanır. Bərkidikcə ocaq daşı üzərində isidib təzə çörək halına gətirib yeyilərmiş. Evdar.az xamralı çörəyinin reseptini təqdim edir.
Qədim Azərbaycan Çörəyi -Xamralının tərkibi:
- 5 stəkan un
- 1 çay qaşığı duz
- 1 çay qaşığı şəkər tozu
- 2 çay qaşığı maya
- 2 stəkan ilıq su
Qədim Azərbaycan Çörəyi -Xamralının hazırlanma qaydası:
İlk öncə unu dərin bir qabda ələyin. Üzərinə duz əlavə edib qarışdırın. Başqa bir qabda ilıq suya maya və şəkər tozu töküb qarışdırın. Mayalanması üçün bir neçə dəqiqəlik kənara qoyun. Mayalı qarışığı unlu qarşığa əlavə edib qarışdırın. Qalan ilıq suyu da az-az əlavə edib xəmir yoğurun. Xəmirin üzərini yaxşıca örtüb isti yerdə təxminən 1-1,5 saat mayalandırın. Mayalanan xəmirdən 5-6 ədəd kündə hazırlayın. Kündələri 10-15 dəqiqə dincəlməsi üçün kənara qoyun. Hazır kündələri bir-bir əlinizlə üzərindən basaraq bir barmaq ölçüsündə yayın. Sac və ya qalın tavada iki tərəfli bişirin.
Nuş Olsun!