Cəmi 15 dəqiqəyə süfrə üçün dadlı və doyurucu bir salat hazırlaya bilərsiniz. Evdar.az qəfil gələn qonaq üçün 5 məhsulla doyurucu salatın reseptini təqdim edir.
Qəfil Gələn Qonaq Üçün 15 Dəqiqəyə Doyurucu Salatın tərkibi:
- 420 qr konservləşdirilmiş şampinyon göbələyi
- 3 ədəd təzə xiyar
- 250-400 qr toyuq filesi
- 250-300 qr marinə edilmiş qarğıdalı dənəsi
- mayonez
Qəfil Gələn Qonaq Üçün 15 Dəqiqəyə Doyurucu Salatın hazırlanma qaydası:
İlk öncə toyuq filesini təxminən duzlu suda bişirib soyudun. Salat hazırladıqda vaxtını azaltmaq üçün hazır doğranmış göbələkləri almaq daha asandır. Və ya bütöv halda konservləşdirilmiş göbələkləri almısınzsa zövqə görə doğraya bilərsiniz. Təzə xiyarı samanvari və ya kub formasında doğrayın. Bişib soyuyan toyuq filesini də kub formasında doğrayın və ya didin. Bir qabda doğranmış göbələk, suyu süzülmüş konservləşdirilmiş qarğıdalı dənəsi, təxə xiyar, toyuq filesi və mayonez töküb qarışdırın. Göbələk, qaynadılmış toyuq və mayonezdə kifayət qədər duz varsa, salata duz əlavə etməyin. Hazır salatı süfrəyə verin.
Nuş Olsun!