Restoranlarda Bir Porsiyası 17 AZN-ə Satılan “Fettuccine Alfredo”

Restoranlarda Bir Porsiyası 17 AZN e Satılan Fettuccine Alfredo
Yields: 1 Serving

Sizi İtaliya mətbəxinin ab-havasına qərq edəcək şam yeməyi resepti! Bir porsiyası restoranlarda 17 azn-ə satılan bu ləziz yeməyi ev şəraitində də hazırlaya bilərsiniz. Evdar.az “Fettuccine Alfredo” yeməyinin reseptini təqdim edir.

“Fettuccine Alfredo” yeməyinin tərkibi:

  • 1 paket fettuccine makaronu
  • 2 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı zeytun yağı
  • 200 qr şampinyon göbələyi
  • 300 qr toyuq filesi
  • 3 diş sarımsaq
  • 1 stəkan qaymaq
  • 1/4 dəstə ispanaq
  • 1/2 stəkan rəndələnmiş parmesan pendiri
  • 1/2 çay qaşığı istiot
  • 1 çay qaşığı duz

“Fettuccine Alfredo” yeməyinin hazırlanma qaydası:

Sousunu hazırlamaq üçün geniş bir tavada 2 xörək qaşığı kərə yağı və zeytun yağını qızdırın. Göbələkləri doğrayıb qızdırılmış tavaya əlavə edib yüksək ocaqda qovurun. Toyuq filesini julyen formasında doğrayın. Doğranmış toyuq filesini də göbələklərin üzərinə əlavə edib qovurmağa davam edin. 3 diş sarımsağı xırdalayıb tavaya əlavə edin. Üzərinə duz, istiot, qaymaq, yarım stəkan rəndələnmiş parmesan pendiri və bir ovuc doğranmış təzə ispanağı da əlavə edib yaxşıca qarışdırın. Sousu zəif ocaqda bişməyə qoyun.

Başqa bir qazanda suyu qaynadın. Suya bir xörək qaşığı duz əlavə edib və fettuccine makaronlarını suda 8 dəqiqə bişirin. Bişən makaronun suyunu süzüb (durulamadan) sous olan tavaya tökün. Sous ilə birlikdə təxminən 5 dəqiqə bişirin. Süfrəyə verdikdə qalan rəndələnmiş parmesan pendiri və ispanaq yarpaqlarıyla bəzəyib verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir