Category: Desertlər, Pəhriz Yeməkləri, Şirniyyatlar
Yields:
1 Serving
Möhtəşəm dietik desert..Uşaqlıqda sevərək yediyimiz “Kartoşka” pirojnasını çəkisinə nəzarət edənlər artıq belə hazırlayıb istifadə edə bilər. Evdar.az yağsız və şəkərsiz kartoşka pirojnasının reseptini təqdim edir.
Tərkibi:
- 200 qr yağsız kəsmik
- 100 qr süd 1% yağlılığı
- 2ədəd yumurta sarısı
- 100 qr buğda kəpəyi
- zövqə görə kakao, dadlandırıcı
Hazırlanma qaydası:
Buğda kəpəyini un halına gətirin. Üzərinə 2 ədəd yumurta sarısı və kəsmik əlavə edin. Az-az süd və vanil əlavə edib yaxşıca qarışdırın. Zövqə görə kakao da əlavə edə bilərsiniz. Hazır kütlədən götürüb kiçik pirojnalar forması verin. Pirojnaları 1 -2 saatlıq soyuducuya yerləşdirin.
Nuş olsun!
Çox dadlı olur.