Category: Pəhriz Yeməkləri, Qəlyanaltılar, Uşaq Yeməkləri, Xəmir İşləri
Yields:
1 Serving
Səhər yeməyinizi faydalı və dadlı etməyə kömək edəcək düyülü oladi hazırlaya bilərsiniz. Bu təamı süfrəyə sevdiyiniz souslar və ya bal ilə verə bilərsiniz. Evdar.az dadlı və doyumlu düyülü oladi reseptini təqdim edir.
Faydalı və Dadlı Düyülü Oladinin tərkibi:
- 120 qr düyü
- 2 ədəd yumurta
- şüyüd
- zövqə görə duz, istiot
Faydalı və Dadlı Düyülü Oladinin hazırlanma qaydası:
İlk öncə düyünü suda bişirib soyudun. Bir qabda yumurtanın üzərinə ədviyyatları əlavə edib yaxşıca çırpın. Çırpdığınız yumurtanı bişmiş düyünün üzərinə əlavə edib qarışdırın. Doğranmış şüyüd də əlavə edib qarışdırın. Hazırladığınız kütlədən kiçik ölçülərlə tavaya töküb qızılı rəng olanadək qızardın. Tərkibində şəkər tozu əlavə edib, bal ilə birgə desert kimi süfrəyə verə bilərsiniz.
Nuş Olsun!