Şəkərsiz Giləmeyvəli Dondurma

Yields: 1 Serving

Rəngin gözəlliyi və dadın möhtəşəmliyi ilə favori dondurmanız olacaq. Bu dadlı dondurma təxminən 65-70 kaloridir. Evdar.az şəkərsiz giləmeyvəli dondurmanın reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd banan
  • 10 ədəd çiyələk
  • 1 kasa tut və ya böyürtkən
  • 1 stəkan süd
  • 1 çay qaşığı kakao
  • 2 çay qaşığı bal

Hazırlanma qaydası:

Bananın qabığını soyub dilimləyin. Bir qaba banan dilimləri, yuyulmuş çiyələk və böyürtkəni qoyub soyudunun buzxanasına yerləşdirin. Donmuş meyvələrin üzərinə süd, bal və kakao əlavə edib mətbəx robotuyla yaxşıca qarışdırın. Dondurma hazırdır. Arzu etdiyiniz meyvələri istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir