Ev Şəraitində Çuğundur Çipsinin tərkibi:
- 2 ədəd orta ölçülü qırmızı çuğundur
- 2 xörək qaşığı zeytun yağı
- duz, istiot, kəklikotu
Ev Şəraitində Çuğundur Çipsinin hazırlanma qaydası:
İlk öncə çuğundurun qabığını soyun. Bıçaq və ya dilimləyicidən istifadə edərək mümkün qədər nazik dilimləyin. Dilimləri mümkün qədər eyni qalınlıqda kəsməyə diqqət yetirin. Dilimlənmiş çuğundurları bir qaba qoyun və üzərinə zeytun yağı, duz, istiot və istəyə görə kəklikotu əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinin üzərinə çuğundur dilimlərini sıra ilə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 15-20 dəqiqə bişirin. Daha sonra 5 dəqiqə sobanın qapağı açıq şəkildə bişirin. Çuğundurları qızılı rəngə çevrilənə qədər vaxtaşırı yoxlayaraq bişirin. Çuğundurun rəngi tünd olduğundan onların nə vaxt qızaracağını bilmək çətindir, ona görə də tez-tez yoxlayın. Sobadan götürdükdən sonra soyuması üçün kənarda salxayın.
Nuş Olsun!