Sağlam Qidalananlar Üçün Şəkərsiz Yulaflı Peçenye

Saglam Qidalananlar Ucun Sekersiz Yulaflı Pecenye
Yields: 1 Serving

Şəkərsiz yulaflı peçenye sağlam və dadlı qəlyanaltı axtaranlar üçündür. Tərkibində karbohidratlar, əlavə şəkər və trans yağlar olmayan bu peçenye enerji ehtiyacınızı qarşılamaq üçün əla seçimdir. Evdar.az sağlam qidalanmanıza şirin bir toxunuş əlavə edən ləziz peçenyenin reseptini təqdim edir.

Sağlam Qidalananlar Üçün Şəkərsiz Yulaflı Peçenyenin tərkibi:

  • 100 qr yulaf əzməsi
  • 100 qr badam unu
  • 100 qr üzüm qurusu
  • 2 ədəd yumurta
  • 2 ədəd banan
  • 20 qr kokos yağı və ya 82,5%-lik kərə yağı
  • 1 çay qaşığı darçın tozu
  • 1 paçka qabartma tozu

Sağlam Qidalananlar Üçün Şəkərsiz Yulaflı Peçenyenin hazırlanma qaydası:

İlk öncə blenderin qabına yulaf əzməsini əlavə edib xırdalayın. Üzərinə badam unu, üzüm qurusu, yumurta, qabığı soyulub dilimlənmiş banan, kokos yağı və ya kərə yağı, darçın tozu və qabartma tozunu əlavə edib blenderlə yaxşıca qarışdırın. Soba sinisinə yağlı kağız sərin. Hazır kütlədən 1 xörək qaşığı götürüb yağlı kağızın üzərinə töküb hamarlaşdırın. Bu qaydayla xəmir bitənə qədər aralıqlarla düzün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir