Category: Qəlyanaltılar
Yields:
1 Serving
Günə sağlam səhər yeməyi ilə başlayın – ispanaq və pendir ilə qayğanaq hazırlayın. Evdar.az pendirli, ispanaqlı qayğanağın reseptini təqdim edir.
İspanaqlı, Pendirli Qayğanağın tərkibi:
- 5 ədəd yumurta
- 5 xörək qaşığı süd
- 50 qr ispanaq
- 50 qr feta pendiri
- 20 qr kərə yağı
- zövqə görə duz, istiot
İspanaqlı, Pendirli Qayğanağın hazırlanma qaydası:
İlk öncə ispanağı yuyub suyunu süzün. Daha sonra ispanağı xırda doğrayın. Yumurtanı dərin bir qabda duz, istiot və südlə birlikdə çəngəllə çırpın.
Tavanı kərə yağıyla yağlayıb yaxşıca qızdırın. Çırpdığınız kütləni tavaya töküb 2 dəqiqə bişirin. Ocağı azaldıb qayğanağa doğranmış ispanaq və pendir səpin. Tavanın qapağını örtüb 2 dəqiqə bişirin. Hazır qayğanağı süfrəyə verdikdə zövqə görə üzərinə doğranmış yaşıl soğan, şüyüd və ya cəfəri səpə bilərsiniz.
Nuş Olsun!