Sağlamlığa Fayda Verən Südlü Qarabaşaq Yarması Sıyığı

Yields: 1 Serving

Südlü qarabaşaq yarması sıyığı həm kiçik uşaqlar üçün (körpələr üçün ilk qida kimi əladır), həm də böyüklər üçün faydalıdır. Səhər yeməyində südlü qarabaşaq sıyığı yemək bədənin bütün günü enerji ilə təmin olunması deməkdir. Yalnız sağlamlığınıza fayda verən tam bir qidadır. Evdar.az südlü qarabaşaq yarması sıyığının reseptini təqdim edir.

Tərkibi:

  • 1,5–2 stəkan qarabaşaq yarması
  • 600–800 ml soya südü, qoz südü və ya inək südü
  • 2 ədəd darçın çubuğu
  • 2 xörək qaşığı bal

Hazırlanma qaydası:

Qazana qarabaşaq yarmasını töküb üzərinə 4-5 stəkan qaynar su əlavə edin. Üzərinə duz töküb qazanın qapağını örtün və orta ocaqda 25 dəqiqə bişirin. Eyni zamanda soya südü və ya qoz-fındıq südünü başqa bir qazana tökün. Doğranmış darçın çubuqlarını südə əlavə edin. Zəif odda qaynadıb bal əlavə edin. Ocağı söndürün, qabın qapağını örtüb kənarda saxlayın (qarabaşaq qaynayana qədər). Bişən qarabaşaq yarmasını dərin qablara bölüşdürün. Ədiyyatlı südü tel süzgəcdən süzərək bişmiş qarabaşağın üzərinə tökün. Zövqə görə üzərinə bal, kərə yağı və ya şəkər tozu səpib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir