Sağlamlıq Üçün Faydalı Marinə Edilmiş Çəhrayı Zəncəfil

Yields: 1 Serving

Marinə edilmiş çəhrayı zəncəfil sağlamlıq üçün faydalı qida məhsuludur. Çəhrayı zəncəfil sayəsində immunitet möhkəmlənir, orqanizm daha çox qidalandırıcı maddə qəbul edir. Bundan əlavə, o, antibakterial təsir göstərir və bakteriyaları zərərsizləşdirir.  Marinə edilmiş zəncəfil suşilərin zəruri atributudur. Zəncəfilin ədviyyatlı tamı və ətri suşi və rolların təkrarolunmaz tamına xüsusi ləzzət qatacaq, balığın kəskin tamını və ətrini yumşaldır. Mağaza rəflərində axtrardığınız bu zəncəfil turşusunu ev şəraitində özünüz hazırlaya bilərsiniz. Evdar.az ev şəraitində marinə edilmiş çəhrayı zəncəfilin reseptini təqdim edir.

Marinə Edilmiş Çəhrayı Zəncəfilin tərkibi:

  • 230-250 qr zəncəfil kökü
  • 120 ml düyü sürkəsi
  • 3 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı ucunda duz
  • 10 damcı çuğundur suyu

Marinə Edilmiş Çəhrayı Zəncəfilin hazırlanma qaydası:

Marinadı hazırlamaq üçün düyü sirkəsi, şəkər  tozu və duzu birləşdirin. Blender köməyi ilə qarışığı duz kristalları olmadan eynikütləli cins olana qədər yaxşıca qarışdırın. Əlinizdə heç bir çırpma aləti  yoxdursa, adi bir çəngəldən də istifadə edərək tez bir zamanda qarışdıra bilərsiniz.

Zəncəfilin qabığını yaxşıca təmizləyin və ən incə, demək olar ki, şəffaf dilimlər kəsin. Bunu etmək üçün yüksək keyfiyyətli itilənmiş bıçaqdan istifadə edin. Bir qazanda suyu qaynadın. İncə doğradığınız zəncəfili 2 dəqiqə qaynar suya batırın. Qaynar suda olan zəncəfili daim qarışdırın. Onun dilimləri yumşaq və elastik olacaq, həmçinin müəyyən bir şəffaflıq əldə edəcəkdir. Daha sonra sudan çıxartdığınız zəncəfilləri hazırladığınız marinada batırın. Zəncəfil dilimlərinin qırmızı rəngini əldə etmək üçün bənövşəyi çuğundur suyunu şorabaya əlavə edin. Marinə etdiyiniz zəncəfili soyuq yerə və ya 24 saatlıq soyuducuya yerləşdirin. Sərin yer turşulaşdırma proseslərinə ən düzgün təsir göstərir.

Evdə hazırlanmış zəncəfil turşusu hazırdır!

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir