Şahmat Xanalı Peçenye

Yields: 1 Serving
Çayın yanına şokoladlı-vanilli şahmat xanalı peçenye hazırlaya bilərsiniz. Evdar.az dadlı peçenyenin reseptini təqdim edir.
Tərkibi:
  • 2 ədəd yumurta
  • 260 qr un
  • 200 qr şəkər tozu
  • 200 qr kərə yağı
  • 1/2 çay qaşığı vanil ekstraktı
  • 3 xörək qaşığı kakao
  • 1 çimdik duz
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün ilk öncə soyuq kərə yağını bıçaqla xırda hissələrə bölün. Bir qabda un, şəkər tozu və duzu qarışdırın. Xırda doğranmış kərə yağını da quru qarışığa əlavə edib ovun. Mikserin xəmir yoğurma başlığı ilə də hazırlaya bilərsiniz.Unlu, yağlı ovuntuya 1ədəd yumurta sarısı və vanil ekstraktı əlavə edib xəmir yoğururun . Xəmiri iki bərabər hissəyə bölün. Bir hissəsinə kakao əlavə edib yaxşıca qarışdırın. Dəzgahı unlayıb vanilli  xəmiri 1 sm qalınlığında yayın. Eyni qaydayla kakaolu xəmiri də yayın. Kənarlarını bərabər şəkildə kəsib düzləşdirin. Daha sonra streç salafana keçirib 1 saatlıq soyuducuya yerləşdirin. Bir qabda yumurtanı tel çırpıcıyla çırpın. Soyuyan xəmirləri ağ və qara şəkildə üst-üstə düzün. Aralarına mətbəx fırçasıyla çırpılmış yumurta yaxaraq yapışdırın. Daha sonra xəmiri iki hissəyə ayırıb kəsin və yumurta yaxaraq bir hissəni digər hissənin üzərinə yerləşdirin. Kənralarını səliqəyə salaraq nazik dilimləyin və hər dilimə yumurta çəkərək üst-üstə düzün, şahmat xanası şəklində alınmalıdır. Hər qata yumurta yaxın. Hazır xəmiri streç salafana büküb yarm saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz xəmiri 1 sm qalınlığında dilimləyin və yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir