Yeni il üçün çox sadə və ləzzətli desert! Uşaqlarınızla birgə hazırlayaraq bayram hazırlığını əyləncəli hala gətirə bilərsiniz. Evdar.az Yeni il süfrəsi üçün ləzzətli “Şam qozası” desertinin reseptini təqdim edir.
Yeni İl Süfrəsi Üçün “Şam Qozası” Deserti tərkibi:
- 90 qr qarğıdalı lopası
- 0,5 stəkan qoz ləpəsi
- 180 qr bişmiş qatılaşdırılmış süd
- 1 qr şəkər kirşanı
Yeni İl Süfrəsi Üçün “Şam Qozası” Deserti hazırlanma qaydası:
Qoz ləpəsini xırdalayın. Bir qabda qarğıdalı lopasının üzərinə xırdalanmış qoz ləpəsini əlavə edin. Daha sonra bişmiş qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırın. Lopalar qırılmasın deyə ehtiyyatla qarışdırın. Konus formalı bakal və ya şampan bakalını suyla isladıb suyunu süzün. İçərisinə hazırladığınız qarışığı səliqəli şəkildə doldurun. Eyni qaydayla qarışıqları bakallara doldurun. Qaşıqla hamarlaşdırıb 3 saatlıq soyuducuya yerləşdirin. Daha sonra ehtiyyatla qozaları bakaldan çıxarıb boşqaba düzün. Qozaların üzərinə şəkər kirşanı səpin.
Nuş Olsun!