Category: Balıq Yeməkləri, Qəlyanaltılar
Yields:
1 Serving
Xərçəng hazırlamaq üçün bir çox resept var: pivədə qaynadılır, tərəvəzlə, şərabla və s. Evdar.az aromatik qaynadılmış xərçəng qəlyanaltısının reseptini təqdim edir.
Tərkibi:
- 1 kq xərçəng
- 10 diş sarımsaq
- 4 ədəd dəfnə yarpağı
- 1 çay qaşığı duz
Hazırlanma qaydası:
Axan soyuq suyun altında bir fırçayla xərçəngləri yaxşıca yuyun. Bir qazana 3 litr su və təmizlənmiş sarımsaqları, dəfnə yarpağı və duz töküb ovaqda qaynadın. Qaynayan suyun içərisinə yuyulmuş xərçəngləri töküb qapağı örtün. 5-10 dəqiqə orta istilikdə qızarana qədər bişirin. Bişən xərçəngləri ocaqdan götürüb qapağını örtüb 30 dəqiqə kənarda saxlayın. Bişən xərçəngləri boşqaba yerləşdirib isti halda süfrəyə verin.
Nuş Olsun!