Omlet (qayğanaq) səhər yeməyinin əvəzolunmaz təamıdır. Yumurtanı sevərək yeyənlər üçün omletin müxtəlif növləri var. Göbələkli omlet resepti ən məşhur reseptlər arasındadır. Evdar.az süfrələrinizə rəng qatan göbələkli omlet reseptini təqdim edir.
Səhər Yeməyi Süfrəsinin Ləziz Təamı Göbələkli Omletin tərkibi:
- 2 ədəd yumurta
- 10 ədəd şampinyon göbələyi
- 2 xörək qaşığı süd
- 1 xörək qaşığı kərə yağı
- 1/2 çay qaşığı duz
Səhər Yeməyi Süfrəsinin Ləziz Təamı Göbələkli Omletin hazırlanma qaydası:
İlk öncə göbələkləri orta qalınlıqda doğrayın. Tavaya kərə yağı əlavə edib əridin. Doğranmış göbələkləri yağda qovurun. Başqa bir qabda süd, duz və yumurtanı çəngəllə və ya tel çırpıcıyla çırpın. Göbələklərin üzərinə çırpılmış südlü yumurtanı əlavə edib zəif odda bişirin. 1-2 dəqiqə sonra spatula köməyi ilə omletin kənralarından içəri doğru düzəldin. Arada tavanı yünglücə silkələyin ki, omlet tavaya yapışmasın. Daha qabarıq omlet üçün tavanın qapağını örtüb bişirə bilərsiniz. Hazır yeməyi süfrəyə verdikdə üzərinə sürtgəcdən keçirilmiş holland və ya çeddar pendiri səpə bilərsiniz. Göbələkli omleti isti halda süfrəyə verin.
Nuş Olsun!