Keks ən çox sevilən desertlərdən biridir. Amma təəssüf ki, bir çox diabet xəstələri bu gözəlliyi dada bilmir. Çünki keks dedikdə ağıla dərhal un və şəkər gəlir. Və bunlar diabet xəstələrinin kabuslarıdır. Lakin unsuz və şəkərsiz keks hazırlayaraq şəkər xəstələrini sevindirə bilərsiniz. Bu keksi pəhrizdə olanlar da hazırlayaraq rahatlıqla yeyə bilər. Evdar.az şəkər xəstələri və pəhrizdə olanlar üçün şəkərsiz, unsuz keksin reseptini təqdim edir.
Şəkərsiz, Unsuz Keksin tərkibi:
- 180 qr yulaf lopası
- 375 qr ilıq süd
- 3 ədəd yumurta
- 3 ədəd yumşaq banan
- 4 xörək qaşığı kakao
- 1 çimdik duz
- 1 paket qabartma tozu
Şəkərsiz, Unsuz Keksin hazırlanma qaydası:
İlk öncə südü isidin. Dərin bir qaba yulaf töküb üzərinə ilıq süd əlavə edib qapaq örtüb 10 dəqiqə kənarda saxlayın. Daha sonra üzərinə yumurta, kakao, duz və qabartma tozu əlavə edib qarışdırın. Başqa bir qabda yumşaq bananı çəngəllə əzib yumurtalı kütləyə əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə töküb üzərinə zövqə görə doğranmış badam ləpəsi səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
Nuş Olsun!