Azərbaycanın bütün mətbəxləri kimi Şəki mətbəxi də çox zəngindir. Kələköş şorbası da Şəki mətbəxinin ləziz və qədim yeməklərindəndir. Evdar.az Şəki mətbəxinin qozlu dovğası-Kələköşün reseptini təqdim edir.
Şəki Mətbəxinin Qozlu Dovğası -Kələköşün tərkibi:
- 1 kq qatıq
- 1 xörək qaşığı un
- 1 xörək qaşığı yumru düyü
- 1 ədəd yumurta
- 500 ml su
- 1, 5 xörək qaşığı nanə qurusu
- 3/4 stəkan qoz ləpəsi
- 1 diş sarımsaq
- 1 ədəd soğan
- 1 xörək qaşığı kərə yağı
- zövqə görə duz
Şəki Mətbəxinin Qozlu Dovğası -Kələköşün hazırlanma qaydası:
İlk öncə axşamdan düyünün üzərinə su töküb gözlədin. Daha sonra soğanı kiçik kub formasında doğrayın və kərə yağında qovurub ocaqdan götürün. Sarımsağın qabığını soyub üzərinə duz əlavə bıçaqla xırdalayın. Qoz ləpəsini də bıçaqla xırdalayın. Dərin bir qazana qatıq, yumurta və axşamdan suda isladılıb süzülmüş düyünü əlavə edib tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə ilıq su əlavə edib qarışdırın və qazanı ocağa yerləşdirin. Şorbanı ocaqda düyü bişənə qədər dayanmadan qarışdırın. Qaynamağa başlayan şorbaya qovrulmuş soğan, xırdalanmış sarımsaq, qoz ləpəsi, nanə qurusu və zövqə görə nanə qurusu əlavə edib qarışdırın . Hazır şorbanı isti halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!