Sobada Azkalorili Donut

Yields: 1 Serving

Donut (ingilis: doughnut və ya donut) sevirsiniz, ancaq yağlı, kalorili olduğu üçün yeyə bilmirsiniz? Elə isə dadlı donutu sobada bişirin. Evdar.az klassik donutlardan fərqli olaraq sobada hazırlanan dadlı, yumşaq donutların reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan ilıq süd
  • 1 stəkan ilıq su
  • 1 stəkan duru yağ
  • 150 qr otaq temperaturunda yumuşadılmış marqarin
  • 1 stəkan şəkər tozu
  • 1 çimdik duz
  • 1 paket yaş maya
  • apardığı qədər un

Şokolad sousu üçün:

  • yarım stəkan un
  • yarım stəkan kakao
  • 1 stəkan şəkər tozu
  • 2 stəkan süd
  • 2 xörək qaşığı maye yağ

Hazırlanması:

Bir qabda maya, şəkər tozu və ilıq suyu töküb qarışdıraraq mayanı və şəkər tozunu əridin. Daha sonra yumuşaq marqarini, maye yağı, südü və duzu töküb, az-az un əlavə edərək yoğurmağa başlayın. Qoğal xəmiri konsistensiyasında bir xəmir əldə edin. Xəmiri otaq temperaturunda 1 saat mayalanmaya qoyun. Mayalanan xəmirdən bir kündə qoparıb un səpərək dəzgahın üzərində oxlovla şəkildə gördüyünüz qalınlıqda açın və su stəkanı və ya bir xəmir qəlibiylə kəsin. Daha sonra kiçik bir qəliblə təkrar kəsərək ortası dəlik xəmirlər əldə edin. Xəmirləri ehtiyyatla yağlı kağız sərdiyiniz soba sinisinə yerləşdirin və 20 dəqiqə gözlədin. Qabaran xəmirləri əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzərləri qızarana qədər bişirin. Xəmirlər bişərkən şokolad sousunu hazırlayın. Geniş bir qazana un, kakao və şəkər tozu və südü töküb tel çırpıcıyla çırpın. Qazanı ocağa qoyub dayanmadan qarışdıraraq 4-5 dəqiqə bişirin. Ocaqdan götürüb 2 xörək qaşığı duru yağ əlavə edərək soyuması üçün kıanara qoyun. Bişən donutları sobadan çıxarıb soyudun. Daha sonra donutların üzərlərini hazırladığınız şokolad sousunu bulayıb kənarda 5-10 dəqiqə gözlədin və süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir