Category: Desertlər
Yields:
1 Serving
Difficulty: Medium
Halva – bütün dünyada məşhur olan bir şərq desertidir. Halvanın bir çox reseptəri var. Evdar.az bu gün sizlərə şokoladlı günəbaxan halvasının reseptini təqdim edir.
Şokoladlı Günəbaxan Halvasının tərkibi:
- 300 qr təmizlənmiş günəbaxan tumu
- 1-2 xörək qaşığı xurma siropu və ya bal
- 30 qr tünd şokolad
Üzəri üçün küncüt və təmizlənmiş günəbaxan tumu
Şokoladlı Günəbaxan Halvasının hazırlanma qaydası:
Günəbaxan tumunu tavada yüngül qovurun. Soyuyan tumları blenderdən keçirin, üzərinə xurma siropu və ya bal əlavə edib qarışdırın. Alınan kütləni isladılmış əllə götürərək buz qəliblərinə bölüşdürüb soyuducuda yarım saat saxlayın. Daha sonra konfetləri qəlibdən götürüb əridilmiş şokoladla, küncüt və günəbaxan tumuyla bəzəyin.
Nuş Olsun!