Son Vaxtların Ən Məşhur Deserti-Tavada Mochi (Moçi)

Son Vaxtların En Meshur Deserti-Tavada Mochi Moci1
Yields: 1 Serving

Mochi (Moçi)- bütün dünyanı fəth edən Yapon desertidir. Son vaxtlar məşhur olan Moçini evdə hazırlamaq heç də çətin deyil. Evdar.az tavada hazırlaya biləcəyiniz Moçinin reseptini təqdim edir.

Tavada Mochi-nin tərkibi:

  • 170 qr düyü unu
  • 130 qr şəkər tozu
  • 250 ml süd
  • 4 xörək qaşığı bitki yağı
  • 1 çay qaşığı vanil ekstraktı
  • 100 qr şokolad yağı

Tavada Mochi-nin hazırlanma qaydası:

İlk öncə südü dərin tavaya töküb qızdırın ,ancaq qaynatmayın. İsti südə şəkər tozu əlavə edib əriyənə qədər dayanmadan qarışdırın. Üzərinə bitki yağı, vanil və bir neçə damcı qida boyası əlavə edib qarışdırın. Qarışdırdıqdan sonra ocaqdan götürün. Düyü ununu da əlavə edib dərhal xəmir yoğurun. Tavanı yenidən ocağa qoyub vam odda qatılaşanadək qarışdırın. Xəmiri ocaqdan götürüb nişasta səpilmiş dəzgahın üzərinə yayın və üzərinə streç salafan sərin. Soyuyan xəmiri hissələrə bölün və  şokolad yağı qoyub moçi forması verin. Hazırladığınız moçiləri yarım saatlıq soyuducuya yerləşdirin. 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir