SSRİ dövründən qalan tortlar qədər artıq o qədər də məşhur reseptlər yoxdur. Ancaq görünür ki, onlar həmişəlik evdar qadınlar tərəfindən nəsildən-nəslə ötürüləcək. Və heç bir dəbli və müasir tortlar onları əvəz edə bilməz. Bunlardan biri də məşhur “Leninqrad tortu”dur. Evdar.az sovet dövrünün ləziz tortunun reseptini təqdim edir.
Sovet Dövrünün Məşhur “Leninqrad Tortu”nun tərkibi:
Xəmiri üçün:
- 350 qr un
- 130 qr xırda dənəli şəkər tozu
- 190 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
- 1 ədəd yumurta (otaq temperaturunda)
- 1 çay qaşığı qabartma tozu
- 1 paket vanil
Kremi üçün:
- 200 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
- 1 banka (360 qr) bişmiş qatılaşdırılmış süd
Qlazur üçün:
- 50 qr şokolad
- 50 qr 33%-lik qaymaq
Sovet Dövrünün Məşhur “Leninqrad Tortu”nun hazırlanma qaydası:
Korjları hazırlamaq üçün dərin bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağı və narın dənəli şəkər tozu (və ya şəkər kirşanı) əlavə edib mikserlə yaxşıca çırpın. Üzərinə 1 ədəd yumurta əlavə edib qarışdırın. Qabartma tozu, vanil və unu da ələyib əlavə edin. Xəmir yoğuranla və ya spatulayla xəmir yoğurun. Xəmiri 4 hissəyə bölüb üzərinə streç salafan sərin və 1 saatlıq soyuducuya yerləşdirin.
Kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Üzərinə qatılaşdırılmış süd əlavə edib çırpmağa dava edin.
Xəmirin bir hissəsini soyuducudan götürüb yağlı kağızın üzərində qalınlığı 44 m olan dördbucaqlı formada (korjların ölçüsü 15×26 ) yayın. Kənarlarını hamarlaşdırıb üzərini çəngəllə dəliklər açın və yağlı kağızı soba sinisinin içərisinə yerləşdirin. Korju əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Bişən korjun isti halda kənarlarını düzləşdirin. Bu qaydayla qalan xəmirləri də yayıb bişirin. Xəmir çox kövrək olduğundan ehtiyyatla götürün. Kənarlarından çıxan bişmiş korjları bəzəmək üçün ayırın.
Tortu hazırlamaq üçün 1-ci korju qoyub kremləyin. 2-ci və 3-cü qat korju da kremləyib üst-üstə düzün. Kənara ayırdığınız qırıntıları da ovuntu halına gətirib üzərinə yarım xörək qaşığı kakao əlavə edib qarışdırın. Ancaq tortun kənar hissələrini kremləyib bu ovuntuyla örtün.
Qlazuru hazırlamaq üçün şokolad parçalarının üzərinə qaymağı əlavə edib mikrodalğalı sobada əridin. Hazır qlazuru tortun üzərinə töküb hamarlaşdırın. Qalan kremlə torun kənarlarına bəzək verin. Kremdən bir az götürüb üzərinə kakao əlavə edib tündləşdirin və tortun orta hissəsini bəzəyin. Hazır tortu 1 saatlıq və ya çox yumşalması üçün bir gecə otaqda saxlayın.
Nuş Olsun!