Soyuq Gündə İsti Ağ Şokoladlı Südlü Çay

Yields: 1 Serving

Heyrətamiz şirin ətri olan qaymaqlı içki hər kəsin əhval ruhiyyəsini qaldıracaq. Soyuq bir axşam sizə lazım olan içki! Evdar.az ağ şokoladlı südlü çayın reseptini təqdim edir.

Soyuq Gündə İsti Ağ Şokoladlı Südlü Çayın tərkibi:

  • 250 ml süd
  • 1 ədəd atma qara çay (paket)
  • 40 qr ağ şokolad
  • zövqə görə üzərinə çırpılmış qaymaq, darçın tozu

Soyuq Gündə İsti Ağ Şokoladlı Südlü Çayın hazırlanma qaydası:

Südü orta istilikdə qızdırın. Çay paketini isti südə əlavə edin. Süd köpməyə başlayanda ocağı söndürün. Çay paketini  bir neçə dəqiqə daha saxlayın və daha sonra süddən çıxarın. Südü orta ocağa qoyub şokolad dilimlərini südün içərisinə atın və əriyənə qədər qarışdırın. Ocaqdan götürüb fincana tökün. Zövqə görə süfrəyə verdikdə üzərinə çırpılmış qaymaq, darçın  tozu və ya rəndələnmiş şokoladla bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir