Cuisine: Azərbaycan Mətbəxi, Şuşa Mətbəxi
Yields:
1 Serving
Zəngin Qarabağ mətbəxinin qədim yeməklərindən biri də Qırtodur. Evdar.az Qırto yeməyinin reseptini təqdim edir.
Şuşa Mətbəxinin Qədim və Ləziz Yeməyi Qırtonun tərkibi:
- 2 stəkan qatıq (suyu süzülmüş)
- 1 stəkan xama
- 1 ədəd soğan
- 1 dəstə tər nanə (və ya qurusu)
- 1 ədəd yumurta
- zövqə görə duz
- 1 çimdik zəfəran
- 1-2 xörək qaşığı kərə yağı (əridilmiş)
Şuşa Mətbəxinin Qədim və Ləziz Yeməyi Qırtonun hazırlanma qaydası:
Xırda doğranmış soğanı yağda qızılı rəng olana qədər qovurun. Nanəni xırda doğrayıb soğana əlavə edin. Başqa bir kasada suyu süzülmüş qatıq, xama, yumurta və duz əlavə edib tel çırpıcıyla yaxşıca çırpın. Qovrulmuş nanəli soğana bir çimdik zəfəran da əlavə edin. Çırpdığınız qatıq qarışığını qarışdıraraq qazana tökün. 10 dəqiqə vam odda arabir qarışdıraraq bişirin. Daha sonra ocaqdan götürüb süfrəyə verin. Qırtonu sous kimi də, məsələn kartof qızartmasının yanında süfrəyə vermək olar.
Nuş Olsun!