Şəkərsiz Bəkməzli Şirniyyat

Yields: 1 Serving

Faydalı şirniyyatlardan biri də şəkərsiz, yalnız bəkməzin öz dadı ilə hazırlanandır. Evdar.az bu dadlı şirninin reseptini sizinlə bölüşür.

Tərkibi:

  • 1 stəkan süd
  • 1 stəkan bəkməz
  • 3 xörək qaşığı un
  • 1 çay qaşığı darçın
  • 200 qram iri doğranmış qoz-fındıq

Hazırlanma qaydası:

Bir qabda süd, bəkməz, un və darçını yaxşıca qarışdırın və zəif odda pudinq konsistensiyasına gələnə qədər qarışdıraraq bişirin. İri doğranmış fındıqları da əlavə edib qarışdırmağa davam edin. Orta ölçüdə bir şüşə qabı yüngülcə isladın və şirnini içərisinə töküb yayın. Soyuducuda 4 saat soyuduqdan sonra dilimləyib süfrəyə verin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir