Dostlarınızı və ya ailənizi təəccübləndirmək istəyirsinizsə, təbii yaşıl rəngli ispanaqlı blinçiki hazırlayın. Evdar.az təbiətin rəngini xatırladan ispanaqlı blinçikin reseptini təqdim edir.
Təbiətin Rəngini Xatırladan “İspanaqlı Blinçik”in tərkibi:
- 1 stəkan süd
- 1 stəkan un
- 50 ml zeytun yağı
- 3 ədəd yumurta
- 250 qr təzə və ya dondurulmuş ispanaq
- 1 xörək qaşığı şəkər tozu
- 2-3 çimdik duz
- 1/4 stəkan
Təbiətin Rəngini Xatırladan “İspanaqlı Blinçik”in hazırlanma qaydası:
Yuyulmuş təzə və ya dondurulmuş (otaq temperaturunda yüngül buzu açıldıqdan sonra) ispanağı blenderin qabına yerləşdirib üzərinə təxminən 1/4 stəkan su töküb yaxşıca əzin. İspanaq kütləsini dərin bir qaba töküb üzərinə yumurta, süd, şəkər tozu, duz və zeytun yağı əlavə edib tel çırpıcıyla yaxşıca çırpın. Üzərinə unu da əlavə edib topaq qalmayacaq şəkildə yaxşıca qarışdırın. Blinçik xəmirinin üzərinə streç salafan sərib yarım saat otaq temperaturunda saxlayın. Daha sonra xəmiri qarışdırıb az yağlanmış blinçik tavasına töküb bişirin. Bu qaydayla blinçik xəmiri bitənə qədər blinçikləri bişirin. İspanaqlı blinçik yüngül duzlu losos balığı, kürü və ya xama ilə də süfrəyə verilə bilər.
Nuş Olsun!