Tort və Pirojnaları Bəzəmək Üçün Qaymaqlı “Şarlott” Kremi

Yields: 1 Serving

“Şarlott” kremi zərif, parlaq, havalı, dadlı və ətirli bir kremdir. Bu kremi tortları və pirojnaları bəzəmək üçün istifadə edə bilərsiniz. Evdar.az “Şarlott” kreminin reseptini təqdim edir.

Qaymaqlı “Şarlott” Kremin tərkibi:

  • 200 qr kərə yağı
  • 4 xörək qaşığı süd
  • 3 xörək qaşığı şəkər tozu
  • 2 ədəd yumurta
  • vanil
  • 1 xörək qaşığı konyak və ya tünd süfrə şərabı (çaxırı)

Qaymaqlı “Şarlott” Kremin hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu tel çırpıcıyla çırpın. Üzərinə süd əlavə edib vam odda qaynayana qədər bişirin. Ocaqdan götürüb otaq temperaturunda soyudun. Başqa bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağını vanillə birlikdə mikserlə yaxşıca çırpın. Çırpmağı dayandırmadan soyuyan yumurtalı qarışığı da əlavə edin. Kremə konyak və ya süfrə çaxırı əlavə edin. Hazırladığını bu ləziz kremi tortları və pirojnaları bəzəmək üçün istifadə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir