Tox Saxlayan Dadlı Səhər Yeməyi: Bananlı Yulaf Sıyığı

Yields: 1 Serving

Tez hazırlanan, bütün günü tox saxlayan, əhvalınızı yüksəldən dadlı səhər yeməyi. Bu dadlı və faydalı sıyığı əlavə qidaya keçən körpələrin menyusuna da daxil edə bilərsiniz. Evdar.az bananlı yulaf yarması sıyığının reseptini təqdim edir.

Bananlı Yulaf Sıyığının tərkibi:

  • 200 qr yulaf yarması
  • 600 ml süd
  • 2 xörək qaşığı şəkər tozu
  • 2 ədəd banan
  • 0,25 çay qaşığı duz
  • 20 qr kərə yağı

Bananlı Yulaf Sıyığının hazırlanma qaydası:

Dərin bir qazana yulaf yarması və soyuq südü töküb qarışdırın.Qazanı zəif ocaqda qaynamağa qoyun. Sıyığa duz və şəkər tozu da əlavə edib 10 dəqiqə vaxtaşırı qarışdıradaq bişirin. Bananları soyub kiçik kub formasında doğrayın. Üzəri üçün bir az kənara ayırın. Doğranmış bananları da qaynayan sıyığa əlavə edib qarışdırın və daha 10 dəqiqə bişirin. Sıyığa kərə yağı da əlavə edib ocağı söndürün. Qazanın qapağını örtüb 15 dəqiqə kənarda saxlayın. Hazır sıyığı süfrəyə verdikdə üzərinə kənara ayırdığınız banan dilimlərini düzün.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir