Toxluq Hissi Yaradan Unsuz, Şəkərsiz Peçenye

Toxluq Hissi Yaradan Unsuz Sekersiz Pecenye5
Yields: 1 Serving

Bayram şirniyyatlarından sonra sağlam qidalanmaya keçməyə çalışanlar səhər yeməyi və ya qəlyanaltı üçün mükəmməl peçenyelər hazırlaya bilər. Yalnız üç məhsuldan hazırlanmış bu peçenyelər toxluq hissi yaradır və çoxlu enerji verir. Evdar.az toxluq hissi yaradan unsuz, şəkərsiz peçenyenin reseptini təqdim edir.

Toxluq Hissi Yaradan Unsuz, Şəkərsiz Peçenyenin tərkibi:

  • 2 ədəd yetişmiş banan
  • 1 stəkan incə üyüdülmüş yulaf əzməsi
  • 1/4 stəkan qoz ləpəsi

Toxluq Hissi Yaradan Unsuz, Şəkərsiz Peçenyenin hazırlanma qaydası:

İlk öncə bananların qabığını soyub bir qaba qoyun. Yetişmiş bananları çəngəl ilə püre halına gələnə qədər yaxşıca əzin. Üzərinə incə üyüdülmüş yulaf əzməsi və xırda doğranmış qoz ləpəsi əlavə edib qarışdırın. Soba sinisinə yağlı kağız sərib dondurma qaşığıyla götürüb aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Peçenye həm isti halda, həm də soyuduqda yumşaq qalır.

Əlavə qeyd:

  • Bananlar nə qədər yetişmiş olsa peçenye bir o qədər dadlı olacaq. Ən yaxşı seçim qabığı artıq qaralmağa başlayan bananlardır.
  • Əgər qoz ləpəsini sevmirsinizsə, onu balqabaq tumları və ya doğranmış fındıq ilə əvəz edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir