Toyuq Ətindən Ləziz Kələm Dolması

Yields: 1 Serving

Hazırlanması həm asan, həm də ləzzətli olan toyuq ətli kələm dolmasının reseptini öyrəndikdən sonra hər zaman hazırlamaq istəyəcəksiniz. Evdar.az ləzzətli toyuqlu kələm dolmasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd böyük kələm
  • 2 ədəd orta soğan
  • 3 çay qaşığı düyü
  • 2 ədəd toyuq filesi (qiymə)
  • 1 xörək qaşığı bibər tomatı
  • 1 xörək qaşığı pomidor tomatı
  • 1 çimdik doğranmış cəfəri
  • 1 çimdik nanə
  •  zeytun yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • apardığı qədər su

Hazırlanma qaydası:

İlk öncə kələmin yarpaqlarını qaynar suda 5 dəqiqə bişirin. Soğanları rəndələyin, cəfəri və nanəni xırda doğrayın. Dərin bir qaba ətçəkən maşından keçirilmiş toyuq filesi, rəndələnmiş soğan, yüyülmüş düyü, bibər və tomat pastası, doğranmış cəfəri və nanə, duz, istiot və zeytun yağını töküb qarışdırın. Bişmiş kələm yarpaqlarını fileli içliklə doldurub bükün. Bükdüyünüz kələm dolmalarını qazana yerləşdirin. Dolmalar açılmasın deyə üzərinə boşqab qoyun. Apardığı qədər su töküb orta ocaqda bişirin.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir