Toyuqlu Və Göbələkli Blinçiklər

Yields: 1 Serving

Toyuq və göbələkli içlikilə doldurulmuş blinçikləri həm səhər yeməyi, həm də nahardan sonra doyurucu bir qəlyanaltı hesab etmək olar. Evdar.az toyuqlu və göbələkli blinçiklərin reseptini təqdim edir.

Tərkibi:

Blinçiklər üçün:

  • 800 ml süd
  • 200 ml su
  • 4 ədəd yumurta
  • 1 dolu xörək qaşığı kartof nişastası
  • çimdik duz
  • 1 xörək qaşığı şəkər tozu
  • 6-7 dolu xörək qaşığı un
  • 4 xörək qaşışığı bitki yağı

İçlik üçün:

  • toyuq filesi
  • şampinyon göbələyi
  • soğan
  • zövqə görə mozarella pendiri
  • göyərti

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini suda bişirin. Bişən fileni öz suyunda soyumağa buraxın. Soğanı və göbələyi doğrayıb tavada qovurun. Üzərinə didilmiş toyuq filesini də əlavə edin. Duz, istiot və toyuq filesinin bulyonunun yarısını süzüb əlavə edin. Suyu çəkilənə qədər bişirin. Soyuyan içliyə zövqə görə rəndələnmiş mozarella pendiri və göyərti əlavə edib qarışdırın.
Blinçik xəmirini hazırlayıb tavada bişirin. Bişən blinçikləri içliklə doldurub bükün və kərə yağı və ya bitki yağında iki tərəfli yüngül bişirin. Bu qaydayla bütün blinçikləri içliklə doldurub bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir