Türk Mətbəxinin Dadlı və Faydalı Tutmac Şorbası

Yields: 1 Serving

Türk mətbəxinin dadlı yeməklərindən biri də Tutmac şorbasıdır. Mərcimək və qatığın turş dadı birləşdiyində faydalı olduğu qədər doyurucu bir şorba ortaya çıxır. Evdar.az dadlı və faydalı şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan bişmiş yaşıl mərcimək
  • 1 stəkan bişmiş noxud
  • 1 stəkan əriştə (kəsilib qurudulmuş)
  • 2 stəkan qatıq
  • 1 ədəd yumurta sarısı
  • 1 xörək qaşığı un
  • 1 ədəd soğan

Üzəri üçün:

  • 2 xörək qaşığı bitki yağı
  • 2 xörək qaşığı kərə yağı
  • 1 dolu xörək qaşığı nanə qurusu

Hazırlanma qaydası:

İlk öncə bir qazana bişmiş (suyu süzülmüş) mərciməyin üzərinə 2 litr su əlavə edin. Daha sonra bişmiş noxudu və qabığı soyulmuş soğanı bütöv halda qazana əlavə edib ocağa qoyun. Qaynayan şorbaya əriştəni də əlavə edin.
Dərin bir kasada qatıq, yumurta sarısı və unu (qovrulmuş un da istifadə edə bilərsiniz) yaxşıca çırpın. Daha sonra qaynayan şorbadan bir-iki qaşıq qatıqlı qarışığa əlavə edib qarışdırın. İlıq qarışığı şorbaya töküb qaynayana qədər dayanmadan qarışdırın.  Şorba qaynadıqdan sonra əriştələr yumşalıb bişənə qədər şorbanı qaynadın. İçərisindən soğanı götürüb ocağı söndürün.

Üzəri üçün bir tavaya yağları töküb qızdırın. Üzərinə nanə qurusunu da əlavə edib ocağı söndürün. Şorbanın üzərinə nanəli yağı da əlavə edib kasalara bölüşdürə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir