Makaron 7-70 yaş arası hər kəsin çox sevdiyi, yox demək çox çətin olduğu, tərkibindəki karbohidratlar və souslar səbəbiylə arıqlamaq üçün ilk imtina edilən qidalardan biridir. “Uşaqlara tərəvəz yedirə bilmirəm,ancaq makaron” deyənlər üçün istər rəngi, istərsə də dadı ilə mükəmməl xilaskar olacaq tərəvəzli makaron hazırlaya bilərsiniz. Evdar.az tərəvəzli makaron reseptini təqdim edir.
Tərəvəzli Makaronun tərkibi:
- 1/2 paket qələm makaron
- 1 ədəd sarı bolqar bibəri
- 1 ədəd qırmızı bolqar bibəri
- 1 ədəd kabak
- 1 ədəd soğan
- 1/4 ədəd pırasa
- 2 budaq kərəviz
- 2 diş sarımsaq
- 2 xörək qaşığı zeytun yağı
- 1 çay qaşığı duz
Sousu üçün:
- 1/2 ədəd avokado
- 20 yarpaq ağ reyhan
- 1 xörək qaşığı labne pendiri
- 1 xörək qaşığı süzmə zeytun yağı
Tərəvəzli makaronun hazırlanma qaydası:
İlk öncə bibərləri, kabak və soğanı doğrayın. Sarımsaq, kərəviz sapı və pırasanı xırda doğrayın. Tavaya 2 xöək qaşığı zeytun yağı töküb soğanı və kabakı 2 dəqiqə qızardın. Üzərinə rəngli bibərləri əlavə edib 2 dəqiqə daha qovurun. Pırsas, kərəviz və sarımsağı əlavə edib qovurmağa davam edin. Tərəvəzləri çox bişirməyin. Onlar çox bişib vitaminlərini itirməməli, rəngi və forması pozulmamalıdır. Makaronu duzlu suda bişirib süzün. Qaynar makaron suyundan 1/3 qaşıq götürüb qovrulan tərəvəzlərə əlavə edin. Makaron suyundan 1/3 çömcə qaşıqla götürüb ayırın. Qalan suyu süzün. Makaronu süzdükdən sonra yapışmaması üçün çox uzun müddət saxlamayın.
Sousunu hazırlamaq üçün avokado, ağ reyhan, labne pendiri, 2 xörək qaşığı zeytun yağı və kənara ayırdığınız makaron suyunu da mətbəx robotuna əlavə edib yaxşıca əzib sous halına gətirin. Dərin bir qabda makaronun üzərinə sous və bişmiş tərəvəzləri töküb qarışdırın. Makaronun üzərinə reyhan yarpaqları və pendir əlavə edib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!