Təzə Xiyar və Feta Pendiri ilə Protein Mənbəyi Salat

Yields: 1 Serving

Pendir və xiyar ilə hazırlanan salat süfrəniz üçün yüngül, sadə tərkibli və çox dadlı bir yeməkdir. Bu salat düzgün qidalanmağa riayət edənlər və çəkisinə nəzarət edənlər üçün uyğundur, çünki kalorisi azdır. Evdar.az təzə xiyar və feta pendiri ilə ləzzətli salatın reseptini təqdim edir.

Tərkibi:

  • 250 qr təzə xiyar
  • 150 qr Brınza və ya Feta pendiri
  • 1 dəstə kahı yarpağı
  • 2 xörək qaşığı bitki yağı
  • yarım limon suyu
  • zövqə görə duz, istiot

Hazırlanma qaydası:

İlk öncə kahı yarpaqlarını və xiyarı yaxşıca yuyun. Pendiri və xiyarları kub formasında doğrayın. Kahı yarpaqlarını iri doğrayın. Bir qabda doğranmış pendir, xiyar və kahını qarışdırın. Üzərinə bitki yağını da əlavə edib ehtiyyatla qarışdırın. Hazırladığınız salatı salat qabına töküb üzərinə limon suyu səpin. Pendir duzlu deyilsə salata duz və istiot əlavə edə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir