Qış hazırlıqlarına çox asan hazırlanan və sousuyla birlikdə yeyilən xiyar turşusunu da əlavə edə bilərsiniz. Evdar.az tomat sousunda ləziz xiyar turşusun reseptini təqdim edir.
Unikal Dad: Tomat Sousunda Xiyar Turşusu
Xiyar Turşusunun tərkibi:
Hər 1 litrlik banka üçün:
- 30 qr şəkər tozu
- 20 qr duz
- 4 ml 70%-lik sirkə
- 2,5 kq xiyar
- 2 kq pomidor
- sarımsaq
- şüyüd çətiri, xren yarpağı, cəfəri
- dənə istiot
- keşniş toxumu
- dəfnə yarpağı
Tomat Sousunda Xiyar Turşusunun hazırlanma qaydası:
Təzə xiyarları dərin bir qaba töküb üzərini soyuq su ilə örtün və təxminən bir saat kənarda gözlədin. Bu, xiyarların suyu udmasını, xırçıldayan qalmasını və bankalarda qırışmamasını təmin edir.
Bankaları və qapaqları yaxşıca yuyub sterilizə edin. Cəfərini yuyub suyunu süzün. Şüyüd çətiri, dəfnə və xren yarpağının üstündən su gəzdirin. Sarımsaqları təmizləyin. Hər bankanın dibinə dənə istiot, keşniş toxumu, təmizlənmiş sarımsaq, xren yarpağı, dəfnə yarpağı, şüyüd çətiri, cəfəri tökün. Banka dolana qədər xiyarları yerləşdirin. Bankalara qaynar su əlavə edin qapağını örtün. 10-15 dəqiqə kənarda saxlayın və suyunu süzün. Bu prosesi iki dəfə təkrarlayın.
Pomidorların qabığını soyub blenderdən keçirib şirəsini çıxarın. Tomat sousunu süzgəcdən keçirin və üzərinə 200 ml qaynar su əlavə edib ocağa qaynamağa qoyun. Xiyarların suyunu süzün. Bankalara duz, şəkər tozu, sirkə və qaynayan pomidor suyunu əlavə edib qapağını möhkəm bağlayın. Bankaları tərs çevirib üzərini qalın bir adyalla örtüb tamamilə soyuyana qədər bu vəziyyətdə saxlayın (və ya bir gecə otaq temperaturunda saxlayın). Tomat sousunda xiyar turşusunu sərin və quru yerdə saxlayın.
Ən dadlı turşu reseptləri – Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!
