Unikal Resept: Qaynar Suda Vanilli Biskvit

Yields: 1 Serving

Qaynar suda vanilli biskvit – unikal resept və əla bir nəticə! Reseptin unikallığı hazırlanmasının sadəliyindədir (yumurta ağını  və sarısı ayırmağa ehtiyac yoxdur). Bu reseptlə hazırlanan biskvit zərif, yumşaq və çox ətirli olur. Evdar.az qaynar suda vanilli biskvitin reseptini təqdim edir.

Tərkibi:

  • 4 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan un
  • 1 çay qaşığı qabartma tozu
  • 3 xörək qaşığı bitki yağı
  • 3 xörək qaşığı qaynadılmış su
  • vanil

Hazırlanma qaydası:

İlk öncə yumurtaları ağını sarısından ayırmadan bir qabda şəkər tozu ilə mikserlə çırpın (həcmi 2 dəfə artanadək, 10 dəqiqə). Başqa bir qabda un və qabartma tozunu qarışdırıb, ehtiyyatla yumurtalı qarışığa əlavə edin. Kütləni mikserin minimal sürətində qarışdırın. Qaynar su, bitki yağı və vanil əlavə edib taxta qaşıqla və ya spatulayla qarışdırın. Hazırladığınız xəmiri formaya töküb, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişən biskviti alt-üst çevirib dəmir torun üzərinə qoyub soyudun. Hazır biskviti kremləyərək tort hazırlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir