Category: Peçenyelər, Pəhriz Yeməkləri, Şirniyyatlar
Yields:
1 Serving
Difficulty: Easy
Həm şəkər yox, həm yağ yox, həm də un yox. Pəhrizdə olanlar və sağlamlığına diqqət etmək istəyənlər üçün əla bir seçimdir. Evdar.az unsuz, yağsız və şəkərsiz peçenyenin reseptini təqdim edir.
Unsuz, Yağsız və Şəkərsiz Peçenyenin tərkibi:
- 1 paket kokos (50 qram)
- 1 ədəd alma
- 7 qaşıq yulaf yarması
- gözəyarı üzüm qurusu
- 1 ədəd yumurta ağı
Unsuz, Yağsız və Şəkərsiz Peçenyenin hazırlanma qaydası:
Bir qabda 50 qr kokos, 1 ədəd yumurta ağı, suyu sıxılmış alma rəndəsi, yulaf yarması və üzüm qurusunu töküb qarışdırın. Yaxşıca qarışdırıb xəmir halına gətirin. Əldə etdiyiniz xəmirdən kiçik parçalar götürüb şəkil verərək yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Peçenyeləri əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişin. Hazır peçenyeləri süfrəyə çayın yanına verə bilərsiniz.
Nuş Olsun!
Salam bütün reseltləriniz çox gözəldir
İzləyib bəyəndiyiniz üçün təşəkkür edirəm..