Xəmirli sosiska uşaqdan böyüyə hər kəsin sevimli qəlyanaltısıdır. Ancaq bu yeməyi daha maraqlı və cəlbedici etmək olar. Xəmirli sosiskanı şişlərdə bişirərək təqdimatı fərqli edə bilərsiniz. Evdar.az uşaq ad günləri üçün ideal qəlyantının reseptini təqdim edir.
Çöp Şişdə Xəmirli Sosiskanın tərkibi:
- 3-4 ədəd sosiska (doktorskaya)
- 200 qr mayalı, mayasız və ya qat-qat xəmir
- 1 ədəd yumurta
- yarım çay qaşığı küncüt toxumu,çörəkotu
- çöp şiş
Çöp Şişdə Xəmirli Sosiskanın hazırlanma qaydası:
İlk öncə sosiskanın örtüyünü soyun. Un, duz və sudan yoğrulmuş mayasız xəmir, mayalı xəmir və ya qat-qat xəmiri 3-4 mm qalınlığında dördbucaqlı yayın. Üzərinə sosiskanı yerləşdirin. Xəmiri büküb kənarlarını bərkidin. Xəmir hər tərəfdən eyni olmalıdır. İti bir bıçaqla ı-2 santimetr genişlikdə dairələr kəsin. Xəmirin bıçağa yapışmaması üçün üzərinə un səpə bilərsiniz. Dilimləri çöp şişlərə keçirin. Xəmiri 15 dəqiqə kənarda saxlayın. Yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin və üzərinə yumurta sarısı yaxın. Küncüt və ya çörəkotu səpib əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Çöp şişdə xəmirli sosiskanı isti və ya soyuq halda sevimli souslarla süfrəyə verə bilərsiniz.
Nuş Olsun!